Modern.az

Dağıntı altında qalanlara zəng edib aldadanlar TUTULDU

Dağıntı altında qalanlara zəng edib aldadanlar TUTULDU

7 Fevral 2023, 11:48

Türkiyədə baş vermiş zəlzələdən sonra dağıntıların altında qalan insanlara zəng edərək onları aldadan və ələ salan şəxslər barədə hüquqi tədbirlər görülüb.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

 

Bildirilib ki, bununla bağlı İstanbul şəhərində 2 nəfər saxlanılıb. Hazırda araşdırmalar davam edir.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 3381 nəfər həyatını itirib, 20 426 nəfər isə yaralanıb. Həmçinin 5775 bina dağılıb.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?