Modern.az

“Ümidimiz qalmayıb, heç olmasa cəsədlər tapılsın” - Kədərli FOTOLAR 

“Ümidimiz qalmayıb, heç olmasa cəsədlər tapılsın” - Kədərli FOTOLAR 

Dünya

7 Fevral 2023, 14:12

Ötən gün Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş 7,7 bal gücündə zəlzələ Adanada da dağıntılara səbəb olub.

 

Modern.az xəbər verir ki, dağıntılar altında qalan vətəndaşların yaxınları axtarış-xilasetmə işlərinin aparıldığı bölgələrdə toplaşıb, xəbər gözləyirlər.

 

Dünəndən bəri həyat yoldaşı Halil Akpınarın xilasını gözləyən Semra Akpınar adlı qadın artıq ümidinin olmadığını deyib: "Həyat yoldaşım dağıntı altındadır. Dəmir yoxdur, bu qətldir. Qızımla birlikdə İstanbula getmişdim. Bizdən sonra yoldaşım gələcəkdi. Olmadı. Artıq ümidim yoxdur”.

 

Başqa bir vətəndaş isə yaxınlarının cəsədinin tapılmasına razı olduğunu bildirib: "Əmimi, bibimi və əmimoğlunun xilasını gözləyirəm. Bazar günü saat 10:00-da onlarla danışdım, sonra heç bir xəbər almadıq. İndi onların ölüsünün də tapılmasına razıyıq”.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 3432 nəfər həyatını itirib, 21 103 nəfər isə yaralanıb. 8 mindən çox insan isə dağıntılar altından salamat çıxarılıb.

 

Dağıntı altında qalan doğmalarından xəbər gözləyən carəsiz sakinlərin görüntülərini təqdim edirik:

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər