Modern.az

Zelenski və Rəisi Ərdoğana zəng etdi

Zelenski və Rəisi Ərdoğana zəng etdi

Dünya

7 Fevral 2023, 16:50

Ukrayna prezidenti Volodimir Zelenski və İranın dövlət başçısı İbrahim Rəisi Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəng ediblər.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Cümhuriyyətinin Prezident Administrasiyası məlumat yayıb.

 

Bildirilib ki, hər iki ölkənin başçısı Ərdoğana zəlzələ ilə bağlı başsağlığı verib və yaralılara şəfa diləyiblər.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 3549 nəfər həyatını itirib, 22 168 nəfər isə yaralanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər