Bu gün Ukrayna Təhlükəsizlik Xidmətinə rəhbər təyin olunan Vasili Malyuk qanunverici orqan olan Ali Radada çıxış edib.
Modern.az "Unian"a istinadən xəbər verir ki, o, Rusiya qüvvələrinin işğalçılıq fəaliyyətindən danışıb.
"Ölüm - bu, yeganə perspektivdir ki, biz onu işğalçılara vəd kimi verə bilərik", - deyə Malyuk bəyan edib.
Qeyd edək ki, o, 2022-ci ilin iyulundan bəri bu vəzifəni icra edib.