Modern.az

İlk yardım Azərbaycandan gəldi - Çavuşoğlu (VİDEO)

İlk yardım Azərbaycandan gəldi - Çavuşoğlu (VİDEO)

Dünya

7 Fevral 2023, 22:53

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana təşəkkür edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, bu gün keçirdiyi mətbuat konfransında bildirib.

 

"Hər zaman olduğu kimi, ilkin olaraq Azərbaycandan kömək gəldi. Zəlzələnin ilk saatlarında Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında Türkiyəyə yardım göndərildi. Bununla yanaşı, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mütəmadi olaraq mənimlə əlaqə saxlayır", - deyə Çavuşoğlu vurğulayıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər