Türkiyə Böyük Millət Məclisi ölkənin 10 vilayətində fövqəladə vəziyyət elan olunması barədə qərarı müzakirə etmək üçün xüsusi iclas keçirəcək.
Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Deputatların əksəriyyəti zəlzələ zonasında olduğu üçün parlamentin plenar iclası cümə günü keçiriləcək. İclasda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fövqəladə vəziyyət elan edilməsi barədə qərarı təsdiq ediləcək.
Türkiyə Konstitusiyasının 119-cu maddəsinə əsasən, qərar dərc edildikdən sonra parlamentə təqdim edilir. Qərarın təsdiq edilməsi üçün ən azı 151 deputatın səsi lazımdır.
Akif İsmayılov