Modern.az

Niderland və Almaniya liderlərindən Ərdoğana ZƏNG

Niderland və Almaniya liderlərindən Ərdoğana ZƏNG

Dünya

8 Fevral 2023, 00:13

Almaniya kansleri Olaf Şolts və Niderland baş naziri Mark Rutte Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana Ərdoğana zəng ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, liderlər zəlzələdə həyatını itirənlərə görə başsağlığı verib, yaralılara şəfa diləyiblər.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumatlara görə, Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 5434 nəfərə, təbii fəlakət zamanı yaralananların sayı isə 31 777 nəfərə çatıb.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər