Modern.az

Fələstində də zəlzələ oldu

Fələstində də zəlzələ oldu

Dünya

8 Fevral 2023, 09:40

Fələstində zəlzələ olub.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, təbiət hadisəsi Nablus şəhərinin 13 kilometr şimalında baş verib.

 

Rixter şkalası ilə 4.8 balla qiymətləndirilən yeraltı təkanın ocağı yerin 10 kilometr dərinliyində yerləşib. Bildirilib ki, zəlzələ Nablusla yanaşı, Qüds (Yerusəlim) və Ramallahda da hiss olunub.

 

Dağıntı və insan tələfatı ilə bağlı hələlik heç bir məlumat verilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər