Modern.az

Rusiya İrana 35 ton humanitar yardım göndərdi

Rusiya İrana 35 ton humanitar yardım göndərdi

Dünya

8 Fevral 2023, 09:52

Rusiya İrana zəlzələ ilə bağlı 35 ton humanitar yardım yollayıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Bildirilib ki, göyərtəsində 35 ton humanitar yardım daşıyan Rusiya FHN-ə məxsus təyyarə İrana uçub.

 

Qeyd edək ki, bir neçə gün öncə Qərbi Azərbaycan ostanının Xoy şəhərində güclü zəlzələ olub. Təbii fəlakət nəticəsində 3 nəfərin öldüyü, 1200-dən çox insanın yaralandığı, habelə minlərlə insanın evləri dağıldığı üçün şaxtalı havada küçədə qaldığı bildirilmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər