Modern.az

Bağçalı AFAD-a 1 milyon lirə ianə etdi

Bağçalı AFAD-a 1 milyon lirə ianə etdi

8 Fevral 2023, 10:14

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) "Cümhur İttifaqı"ndakı siyasi müttəfiqi olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı zəlzələnin fəsadlarının aradan qaldırıması işləri üçün 1 milyon lirə ianə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Bağçalı tviter səhifəsində özü məlumat verib.

 

Onun sözlərinə görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) hesabına 1 milyon lirə (90 300 manat) köçürüb.

 

Siyasətçi həmçinin qeyd edib ki, Ülkü Ocaqları da qanvermə aksiyası daxil olmaqla, zəlzələnin fəsadlarının aradan qaldırılması prosesində aktiv şəkildə iştirak edir.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 5894 nəfərə çatıb. Son məlumatlara görə, yaralı sayı 34 810 nəfərdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər