ABŞ prezidenti Co Bayden Konqresdə çıxış edib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ölkə iqtisadiyyatından, inflyasiyadan və digər mövzulardan danışan Bayden çıxışının əhəmiyyətli hissəsini Ukraynaya həsr edib.
"Rusiyanın Ukraynanı işğal etməsi ABŞ və bütövlükdə dünya üçün əsrin sınağıdır. Biz Ukraynanı nə qədər vaxt lazımdırsa, o qədər dəstəkləyəcəyimizə söz veririk. NATO birləşib və Ukraynanın Rusiyaya qarşı mübarizə aparması üçün ölkələr qlobal koalisiya yaradıb", - deyə o bildirib.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski bu çıxışına görə Baydenə təşəkkür edib.