Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan xorvatiyalı həmkarı Qordan Qrliç-Radmanla görüş keçirib.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, görüş Ermənistan XİN-in inzibati binasında baş tutub.
Məlumata görə, nazirlər təkbətək formatda görüşüb. Daha sonra geniş tərkibdə görüş keçirilməsi də nəzərdə tutulub.
Bildirilib ki, tərəflər regional və beynəlxalq məsələləri, ikitərəfli münasibətləri, habelə qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.
Qeyd edək ki, görüş Xorvatiya XİN başçısının İrəvana səfəri çərçivəsində gerçəkləşdirilib.