Modern.az

Regional kommunikasiyaların açılmasında maraqlıyıq - Paşinyan

Regional kommunikasiyaların açılmasında maraqlıyıq - Paşinyan

8 Fevral 2023, 17:18

Ermənistanın baş naziri Nikol Paşinyan regional kommunikasiyaların açılmasından danışıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Paşinyan bu barədə Ermənistan parlamentindəki çıxışı zamanı söz açıb.

 

"Regional kommunikasiyaların açılmasına görə İrəvana həddən artıq yüksək qiymət qoymaq istəyirlər. Əslində regionda yolların açılmasında Ermənistan çox maraqlıdır, çünki 30 ildir blokada vəziyyətində olub", - deyə o bildirib.

 

"Avtomobil və dəmir yollarının açılması Ermənistanın Avrasiya İqtisadi İttifaqı və digər ölkələrlə ticarətini xeyli artıracaq", - deyə Paşinyan əlavə edib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?