Modern.az

Türkiyədə “Twitter”ə girişdə problem yarandı

Türkiyədə “Twitter”ə girişdə problem yarandı

8 Fevral 2023, 17:30

Türkiyədə "Twitter" sosial şəbəkəsinə girişdə problem yaranıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, istifadəçilər "Twitter"ə daxil ola bilmirlər.

 

Bununla bağlı hələlik rəsmi açıqlama yoxdur.

 

Qeyd edək ki, Türkiyədə baş verən zəlzələdən sonra bu sosial şəbəkədə yardımların koordinasiyası həyata keçirilirdi və köməksiz vəziyyətdə qalan şəxslərin elanları ictimailəşdirilirdi. Bu baxımdan problem zəlzələnin fəsadlarının aradan qaldırılması prosesinə mənfi təsir göstərir.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər