Modern.az

Əsas söhbətimiz müdafiə sahəsində əməkdaşlıq oldu - Zelenski

Əsas söhbətimiz müdafiə sahəsində əməkdaşlıq oldu - Zelenski

8 Fevral 2023, 17:56

"Baş nazir Rişi Sunak ilə görüşdə əsas söhbətimiz müdafiə sahəsində əməkdaşlıq oldu".

 

Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb.

 

"Mən Böyük Britaniyanın baş nazirinə cəbhədəki vəziyyət, Ukrayna Silahlı Qüvvələrinin silah və hərbi texnikaya olan ehtiyacları barədə məlumat verdim. Rusiyanın hücumunu dayandırmaq və müvəqqəti olaraq işğal olunmuş bütün Ukrayna ərazilərini azad etmək üçün Ukraynanın müttəfiqlərimizdən lazımi silahları alması vacibdir", - Zelenski qeyd edib.

 

"Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi səylərinə, genişmiqyaslı təcavüzün başlanmasından sonra göstərilən humanitar və maliyyə yardımına, habelə evlərini tərk etməyə məcbur olan ukraynalılara dəstək verdiyinə görə Britaniya xalqına və Rişi Sunaka minnətdaram", - deyə o əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər