Modern.az

İtaliya Baş naziri də Zelenski ilə görüşəcək

İtaliya Baş naziri də Zelenski ilə görüşəcək

Dünya

8 Fevral 2023, 20:59

İtaliyanın baş naziri Giorgia Meloni Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

 

Görüş Brüsseldə baş tutacaq. Zelenskinin Avropa İttifaqının iclasında iştirak etmək üçün Brüsselə səfər edəcəyi bildirilir.

 

Xatırladaq ki, Zelenski bu gün Britaniyaya səfər edib və Baş nazir Rişi Sunakla görüşüb. O, daha sonra Parisə səfər edərək Fransa və Almaniya liderləri ilə görüşəcək.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı