Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyaya səfəri zamanı bu ölkədə təlim keçən ukraynalı hərbçilərə baş çəkib.
Modern.az xəbər verir ki, bu barədə Zelenski öz hesabında məlumat yayıb.
Zelenski hərbçilərin təlim keçdiyi bazaya Britaniya Baş naziri Rişi Sunakla bərabər gedib. Səfər zamanı Zelenski hərbçilərlə söhbət edib və bəzi hərbçiləri təltif edib.
Bazada hərbçilər "Challanger" tanklarını və AS90 arilleriya qurğularını idarə etməyi öyrənirlər.
Akif İsmayılov