Avropa İttifaqı (Aİ) Türkiyə və Suriya üçün donor konfransı keçirəcək.
Modern.az xəbər verir ki, bu barədə Aİ Komissiyası məlumat yayıb.
Rəsmi açıqlamada konfransın məqsədinin Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə beynəlxalq ictimaiyyətin maliyyə yardımını səfərbər etmək olduğu bildirilib. Konfrans martın əvvəlində Brüsseldə keçirilə bilər.
Görüş Aİ-yə üzv ölkələrlə yanaşı, qonşu dövlətlər, BMT-yə üzv ölkələr, beynəlxalq maliyyə institutları və digər qurumlar üçün açıq olacaq.