Modern.az

ABŞ Türkiyəyə hərbi gəmi göndərir

ABŞ Türkiyəyə hərbi gəmi göndərir

Dünya

8 Fevral 2023, 23:40

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Türkiyə milli müdafiə naziri Hulusi Akarla telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder məlumat verib.

 

Ostin ABŞ-ın ehtiyaclara uyğun olaraq Türkiyəyə dəstək verməyə davam edəcəyini bildirib. Rayder deyib ki, Türkiyənin beynəlxalq yardım çağırışı ilə İncirlik aviabazasında yerləşən ABŞ qüvvələri zəlzələ bölgələrinə göndərilib.

 

Onun sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Corc Buş" aviadaşıyıcısı əlavə dəstək üçün Türkiyə sahillərinə gedəcək.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər