Birləşmiş Millətlər Təşkilatı (BMT) Türkiyədə zəlzələ bölgələrinə nümayəndə heyəti göndərəcək.
Modern.az xəbər verir ki, bu barədə BMT Baş katibinin mətbuat katibinin müavini Fərhan Haq məlumat verib.
O qeyd edib ki, BMT rəsmiləri yaxın günlərdə Türkiyəyə səfər edəcəklər.
Fərhan Haqın sözlərinə görə, BMT-nin Baş katibi Antonio Quterreş zəlzələdən zərər çəkmiş ölkələrin rəhbərləri ilə danışıqlar aparıb və təşkilatın fövqəladə hallar qruplarının bölgəyə səfərbər olunduğunu bildirib.