Portuqaliya Ukraynaya üç ədəd "Leopard 2" tankı göndərəcək.
Modern.az xəbər verir ki, bu barədə Portuqaliyanın baş naziri Antonio Kostan məlumat verib.
“Biz indi “Leopard 2” tankları üçün bərpa və texniki xidmət planını həyata keçiririk və plana əsasən, mart ayında üç tank göndərə bilərik”, - Kosta bildirib.
Portuqaliya silahlı qüvvələrinin komandanı Antonio Silva Ribeiro ölkədə 37 ədəd "Leopard 2" tankının olduğunu deyib.
Akif İsmayılov