Modern.az

Putin Təhlükəsizlik Şurasını TOPLADI

Putin Təhlükəsizlik Şurasını TOPLADI

9 Fevral 2023, 08:02

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ görüş keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, dövlət rəsmiləri yanğın təhlükəsizliyinin yaxşılaşdırılması, daşqın dövründə fövqəladə hallar riskinin azaldılması, habelə infrastrukturun inkişafı ilə bağlı tədbirləri müzakirə ediblər.

 

Müzakirə olunan digər məsələlərlə bağlı məlumat verilməyib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?