Ukrayna prezidenti Volodimir Zelenski Almaniya kansleri Olaf Şolts və Fransanın dövlət başçısı Emmanuel Makronla görüş keçirib.
Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, görüş Zelenskinin Fransa paytaxtı Parisə səfəri çərçivəsində baş tutub.
Bildirilib ki, görüş zamanı Zelenski hər iki tərəf müqabilindən silah tədarükü ilə bağlı yardım tələb edib. Şolts və Makron isə öz növbəsində Ukraynaya dəstəyin davam edəcəyini bəyan ediblər.
Qeyd edək ki, Zelenski bundan əvvəl Böyük Britaniyada səfərdə olub və Londonda baş nazir Rişi Sunakla görüşübş Bundan sonra onun Belçikanın paytaxtı Brüsselə səfəri və Avropa İttifaqının sammitində iştirakı planlaşdırılır.