Ermənistan parlamentində Türkiyəyə başsağlığı verilməsi ilə bağlı qərar müzakirə olunub.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, parlamentin sədri Alen Semonyan bunun doğru qərar olduğunu söyləyib.
"Bu, vacib idi. Ermənistanın özünün də başına belə faciələr gəlib. İnsani baxımdan biz ermənilər, xristianlar buna reaksiya verməyə bilməzdik", - deyə o bildirib.
Bəzi müxalifət deputatları isə Ermənistanın Türkiyəyə başsağlığı verməsini tənqid ediblər.
Qeyd edək ki, Ermənistandan zəlzələyə görə Türkiyəyə baş nazir, prezident və parlament sədri səviyyəsində başsağlığı ünvanlanıb, həmçinin zəlzələ bölgəsinə 27 xilasedici göndərilib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 12 873 nəfərə çatıb. Son məlumatlara görə, yaralı sayı 62 937 nəfərdir.