Modern.az

“Vaqner” məhbusların döyüşçü kimi qəbulunu dayandırdı

“Vaqner” məhbusların döyüşçü kimi qəbulunu dayandırdı

9 Fevral 2023, 12:38

“Vaqner” özəl hərbi şirkətinə Ukraynadakı əməliyyatlar üçün məhbusların cəlb edilməsi dayandırılıb.

Modern.az xəbər verir ki, bu məlumatı “Vaqner”in təsisçisi, iş adamı Yevgeni Priqojinin mətbuat xidməti yayıb.


“Bəli, həqiqətən də belədir. "Vaqner"ə məhbusların qəbulu tamamilə dayandırılıb”, - Yevgeni Priqojinin özü Rusiya KİV-nə bildirib.


Yanvarın əvvəlində Priqojin Ukraynadakı hərbi əməliyyatda iştirak edən keçmiş məhbusların birinci qrupunun 6 aylıq müqavilə xidmətini başa vurduğunu və əfv olunduğunu elan edib. Onun sözlərinə görə, söhbət 20 nəfərdən gedir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Priqojinin sözlərini şərh edərkən bildirib ki, Ukraynada döyüşən keçmiş məhbuslarla bağlı əfv fərmanları məxfi xarakter daşıyır.


Xatırladaq ki, prezident Vladimir Putin bir müddət öncə Ryazan koloniyasının keçmiş məhbusu, “Vaqner”in hücum qrupunun komandiri Hayk Qasparyanı “İgidliyə görə” medalı ilə təltif edib.

Peskov izah edib ki, Qasparyan “xüsusi hərbi əməliyyat zamanı qəhrəmanlıq göstərdiyinə görə təltif olunub”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?