Modern.az

“Putin artıq Ukraynanı itirib" - Co Bayden

“Putin artıq Ukraynanı itirib

Dünya

9 Fevral 2023, 13:16

Rusiya Prezidenti Vladimir Putin NATO-nun parçalanmasına, o cümlədən rus hərbçiləri alqışlayacaq bütün rusdilli ukraynalıların dəstəyinə ümid edirdi, lakin bunların heç biri baş vermədi.

Modern.az xəbər verir ki, bunu "PBS NewsHour”a müsahibəsində ABŞ prezidenti Co Bayden bildirib.

Baydenin sözlərinə görə, Putin heç vaxt Ukrayna ilə müharibənin öhdəsindən gələ bilməyəcək.

ABŞ prezidenti həmçinin deyib ki, “Putin artıq Ukraynanı itirib”.


Putin dəfələrlə Ukraynada Rusiyanın qələbəsini qaçılmaz hesab etdiyini bildirib.

“Bir neçə şey var ki, onlar qələbəmizin əsasını təşkil edir. Bu, Rusiyanın və ümumiyyətlə, çoxmillətli rus xalqının birliyi, döyüşçülərimizin cəsarəti və qəhrəmanlığıdır”, - Kreml rəhbəri deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər