Modern.az

Zəlzələ ilə bağlı ona anbaan mesajlar gəlir - VİDEO

Zəlzələ ilə bağlı ona anbaan mesajlar gəlir - VİDEO

9 Fevral 2023, 13:18

Türkiyəli məşhur sənətçi, zəlzələ ilə bağlı yardım üçün yaradılmış müstəqil "Ahbap" platformasının təsisçisi Haluk Leventə durmadan mesajlar gəlir.

 

Modern.az xəbər verir ki, sənətçi bu barədə tviter səhifəsində paylaşım edib.

 

Mesajların videosunu paylaşan müğənni belə bir başlıq yazıb: "Çarəsiz qalarsan bəzən".

 

Qeyd edək ki, Haluk Levent Türkiyənin cənub-şərqində baş vermiş şiddətli zəlzələlərdən sonra zərərçəkən insanlara dəstəyi ilə diqqət çəkib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 12 873 nəfərə çatıb. Son məlumatlara görə, yaralı sayı 62 937 nəfərdir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər