Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşüb.
Modern.az xəbər verir ki, Mişel bu barədə tviter səhifəsində paylaşım edib.
"Evinə xoş gəldin, Avropa İttifaqına xoş gəldin, Zelenski", - deyə o yazıb.
Qeyd edək ki, Zelenski Brüsselə Aİ sammitində iştirak etmək üçün gəlib və əsas mövzulardan biri Ukraynaya dəstək məsələsi olacaq.