Modern.az

Ermənistanda qadınlar bu ildən hərbi xidmətə gedəcəklər

Ermənistanda qadınlar bu ildən hərbi xidmətə gedəcəklər

9 Fevral 2023, 13:25

Ermənistanda qadınlar 2023-cü ilin nöcbəti qış çağırışından hərbi xidmətə gedə biləcəklər.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin iclasında müdafiə naziri Suren Papikyan bildirib.

Nazir xatırladıb ki, qadınların 6 ay müddətinə könüllü hərbi xidmət keçməsi layihəsi artıq müzakirə mərhələsindədir.

"Hər şeyi edəcəyik ki, növbəti qış çağırışında qadınlar da hərbi xidmətə gedə bilsinlər. Hər şey işimizin sürətindən asılıdır", - Papikyan bildirib.

Nazir xatırladıb ki, qadınlar 6 ay xidmət etdikdən sonra attestasiyadan keçməklə kişilər kimi eyni şərtlərlə -yüksək maaşla uzunmüddətli müqavilə xidmətinə keçə biləcəklər.


Ermənistanın baş naziri Nikol Paşinyan isə diqqəti ona yönəldib ki, qadın hərbçilər üçün ən müasir infrastruktur ayrılacaq.
 

Ermənistan hökumətinin fevralın 9-da keçirilən iclasında “Vətənin müdafiəçisi” proqramı üzrə müqavilə əsasında xidmət edən hərbi qulluqçulara uzunmüddətli xidmətə görə əməkhaqqının ödənilməsi qaydası ilə bağlı qərar qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər