Modern.az

Rusiyanın keçmiş baş naziri öldü

Rusiyanın keçmiş baş naziri öldü

Dünya

9 Fevral 2023, 13:42

Nijni Novqorod Aviasiya Zavodunun keçmiş direktoru, 1990-1991-ci illərdə Rusiya Nazirlər Sovetinə rəhbərlik etmiş İvan Silayev 92 yaşında vəfat edib.

Modern.az xəbər verir ki, Rusiya Aviasiya Korporasiyası məlumat yayıb.

Silayev 1974-cü ildən keçmiş SSRİ Aviasiya Sənayesi Nazirliyinin aparatında işləyib, burada nazir müavini və SSRİ Aviasiya Sənayesi naziri vəzifələrində çalışıb. 1985-1990-cı illərdə SSRİ Nazirlər Soveti sədrinin müavini, 1990-1991-ci illərdə Rusiya Nazirlər Sovetinin sədri vəzifələrində işləyib.

O, təyyarə texnologiyası üzrə qabaqcıl mütəxəssis sayılırdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər