Modern.az

Ərdoğan zəlzələdə dağılan binaların sayını AÇIQLADI

Ərdoğan zəlzələdə dağılan binaların sayını AÇIQLADI

9 Fevral 2023, 14:32

Türkiyədə zəlzələ nəticəsində ümumilikdə 6444 bina dağılıb.

 

Modern.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

O qeyd edib ki, zəlzələ bölgəsi olan Qaziantepdə 1415 nəfər vəfat edib, 10 395 nəfər yaralanıb, zəlzələ nəticəsində 944 bina dağılıb.

 

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər