Modern.az

Ukrayna və Rusiyaya təcili atəşkəs ÇAĞIRIŞI

Ukrayna və Rusiyaya təcili atəşkəs ÇAĞIRIŞI

9 Fevral 2023, 15:12

Macarıstanın baş naziri Viktor Orban Ukraynanı Rusiya ilə atəşkəsə çağırıb.

 

Modern.az xəbər verir ki, Orban bu barədə tviter səhifəsində yazıb.

 

"Macarıstan Ukraynaya humanitar yardım və maliyyə dəstəyi göstərməyə davam edəcək. Daha çox insan itkisinin qarşısını almaq üçün təcili atəşkəsi dəstəkləyirik. Macarıstan sülh düşərgəsinə aiddir", - deyə o qeyd edib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?