Modern.az

Ukraynaya qırıcıların verilməsi məsələsi həll edilib - Yermak

Ukraynaya qırıcıların verilməsi məsələsi həll edilib - Yermak

9 Fevral 2023, 19:17

Ukraynaya uzaqmənzilli silahlar və döyüş təyyarələrinin verilməsi məsələsi həll edilmiş kimi görünür.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.

 

O, özünün "Telegram" kanalında yazıb ki, silahların verilməsi ilə bağlı təfərrüatlar daha sonra açıqlanacaq.

 

Qeyd edək ki, Ukrayna Prezidenti bu həftə əvvəlcə Britaniyaya, sonra Fransaya, ardınca Belçikaya səfər edib.  Səfər zamanı o, ölkələrdən hərbi yardım istəyib. Zelenski Brüsseldə Avropa Parlamentinin deputatları qarşısında çıxış edib. İclas zamanı Avropa Parlamentinin rəhbəri Roberta Metsola Avropa hökumətlərini döyüş təyyarələrinin verilməsi qərarının sürətləndirilməsinə çağırış edib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər