Modern.az

Pakistan Türkiyəyə yardımı genişləndirəcək

Pakistan Türkiyəyə yardımı genişləndirəcək

Dünya

9 Fevral 2023, 20:16

"Pakistan bu çətin saatda Türkiyənin yanında olmağa davam edəcək".

 

Modern.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif "Twitter" hesabında yazıb.

 

“Hökumət Türkiyə üçün davam edən xilasetmə və yardım səylərini ölkə miqyasında kampaniyaya genişləndirmək qərarına gəlib. Biz biznes sektorunu, din alimləri və təhsil müəssisələrini buraya cəlb edəcəyik", - Baş nazir bildirib.

 

Qeyd edək ki, Türkiyədə baş vermiş dəhşətli zəlzələdən 4 gün keçir. Fevralın 6-da baş vermiş təbii fəlakət zamanı indiyədək 16 546 nəfər həlak olub, 66 132 nəfər yaralanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər