Modern.az

Novosibirskdə matəm elan olunub

Novosibirskdə matəm elan olunub

Dünya

9 Fevral 2023, 21:20

Rusiyanın Novosibirsk vilayətində matəm elan olunub.

 

Modern.az xəbər verir ki, bu gün səhər saatlarında vilayətin Zayeltsevsk rayonunda beşmərtəbəli binada qaz sızmasından partlayış baş verib. Nəticədə binanın iki girişi dağılıb, 8 nəfər həlak olub. Daha 8 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur.

 

Hadisə yerinə fövqəladə hallar naziri Aleksandr Kurenkov gəlib. Novosibirsk vilayətinin qubernatoru Andrey Travnikov fevralın 10-nu matəm günü elan edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər