Türkiyənin Hatay bölgəsində 88 saatdan çox dağıntılar altında qalan ailə xilas edilib.
Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
3-ü uşaq olmaqla 5 nəfərlik ailə Konya xilasediciləri tərəfindən dağıntılar altından çıxarılıb. Onların sağlıq durumunun yaxşı olduğu bildirilir.
Qeyd edək ki, Türkiyədə zəlzələdə həlak olanların sayı 17 406-a çatıb, 71 806 nəfər yaralanıb.
Akif İsmayılov