Modern.az

Slovakiya Ukraynaya qırıcı tədarükünə söz verdi

Slovakiya Ukraynaya qırıcı tədarükünə söz verdi

10 Fevral 2023, 10:02

Slovakiya Ukraynaya qırıcı tədarükünə başlayacaq.

 

Modern.az NEXTA-ya istinadən xəbər verir ki, bu barədə Slovakiyanın baş naziri Eduard Xeqer bildirib.

 

O, Ukraynanın müraciətinin yerinə yetiriləcəyini və "MiQ-29" qırıcı döyüş təyyarələrinin bu ölkəyə tədarük olunacağını bildirərək söz verib. Lakin sözügedən təyyarələrin Ukraynaya nə vaxt çatdırılacağı barədə hələlik məlumat verilməyib.

 

Qeyd edək ki, Ukrayna Qərb ölkələrindən tank tədarükünün genişləndirilməsi, habelə döyüş təyyarələri və uzaqmənzilli raketlərin tədarükünə başlanmasını tələb edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?