Modern.az

Putin Makronun Zelenskiyə verdiyi ordendən məhrum ediləcək

Putin Makronun Zelenskiyə verdiyi ordendən məhrum ediləcək

10 Fevral 2023, 11:22

Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarına verilmiş "Fəxri legion" ordeninin geri alınıb-alınmayacağı məsələsini şərh edib.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu yaxınlarda Ukrayna prezidenti Volodimir Zelenskinin eyni ordenlə təltif olunmasından sonra məsələ ətrafında müzakirələr başlayıb.

 

Makron Putinin 2006-cı ildə ona verilmiş ordendən məhrum ediləcəyini bildirib və hətta ordenin Rusiya prezidentindən alına biləcəyinə də eyham vurub.

 

"Bunu istisna etmirəm", - deyə o söyləyib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər