Modern.az

Ərəb ölkəsi Türkiyəyə 15 milyon dollar ayırdı

Ərəb ölkəsi Türkiyəyə 15 milyon dollar ayırdı

Dünya

10 Fevral 2023, 12:30

Küveyt Türkiyənin zəlzələ bölgələrinə 15 milyon dollarlıq yardım ayırıb.

 

Modern.az xəbər verir ki,  bu barədə ölkənin KUNA informasiya agentliyi məlumat yayıb. 

 

Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah və vəliəhd şahzadə Meşəl əl-Əhməd əl-Cabir əs-Sabah zəlzələdən təsirlənən Türkiyə və Suriyaya 30 milyon dollar verilməsini əmr edib.

 

Bildirilib ki, sözügedən məbləğdən 15 milyon dollar Türkiyədə zəlzələdən zərər çəkmiş bölgələrə, 15 milyon dollar isə Suriyadakı bölgələrə göndəriləcək. Küveytin göndərdiyi 46 nəfərlik axtarış-xilasetmə qrupu artıq Hataydakı işlərə cəlb olunub. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər