Fransanın xarici işlər naziri Ketrin Kolonna və ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər Laçın dəhlizindəki situasiyanı, Ermənistan-Azərbaycan münasibətlərini və Qarabağdakı son vəziyyəti müzakirə ediblər.