Modern.az

Rusiya-Qazaxıstan sərhədində zəlzələ oldu

Rusiya-Qazaxıstan sərhədində zəlzələ oldu

Dünya

10 Fevral 2023, 17:40

Rusiya-Qazaxıstan sərhədində zəlzələ olub.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, zəlzələ hər iki ölkənin ərazisində hiss olunub.

 

Bildirilib ki, yerli vaxtla saat 18:35-də qeydə alınan yeraltı təkan Qazaxıstanın paytaxtı Astana şəhərində də hiss edilib.

 

Rixter şkalası ilə 4.4 balla qiymətləndirilən təbiət hadisəsi nəticəsində itki və ya dağıntı əmələ gəlməsi ilə bağlı məlumat verilməyib.

 

Qeyd edək ki, həftənin əvvəlində də Qazaxıstanda zəlzələ baş vermişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?