Türkiyənin Osmaniye bölgəsində zəlzələ nəticəsində dağılan binalarda aşkarlanan qüsurlara görə 4 nəfər həbs edilib.
Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilib ki, Osmaniye Prokurorluğunda zəlzələdə dağılan binalarda aşkarlanan tikinti qüsurları ilə əlaqədar istintaq başladılıb.
Açıqlamada indiyədək 6 şübhəlinin müəyyən edildiyi, onlardan 4-nün saxlanıldığı qeyd olunub.
Akif İsmayılov