Gürcüstanın Kobuleti bölgəsində 4,5 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanların 4,96 kilometr dərinlikdə olduğu bildirilir. Dağıntıların olub-olmaması barədə məlumat verilməyib.
Türkiyə mətbuatının məlumatına görə, zəlzələ Türkiyənin Artvin vilayətində də hiss olunub.
Gürcüstanla həmsərhəd olan bölgələrdə vətəndaşlar küçələrə çıxıb.