Almaniya gələn həftənin ortalarında Ukrayna hərbçilərinə "Leopard 2" tanklarını idarə etmək üçün təlimlərə başlayacaq.
Modern.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb.
Nəşrin mənbələri qeyd edir ki, Ukrayna əsgərlərinin ilk qrupları təlim keçmək üçün Polşadan Almaniyaya gəliblər.
Təlim Aşağı Saksoniyanın Munster şəhərindəki hərbi poliqonda keçiriləcək. Burada ukraynalılara, həmçinin "Marder" piyada döyüş maşınlarını idarə etməyi öyrədəcəklər.
"Kurslar sürətləndiriləcək və cəmi 6-8 həftə çəkəcək. Adətən, hazırlıq bir neçə il çəkir", - məqalədə deyilir.
Akif İsmayılov