Suriyada baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 1408 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaralıların sayı 2341 nəfər təşkil edir.
Qeyd edək ki, bu statistika Suriya hökumətinin nəzarəti altında olan ərazilərdə həlak olanların sayını əks etdirir.
Suriyanın şimalında, müxalifətin nəzarət etdiyi bölgələrdə zəlzələnin nəticələrini aradan qaldırmağa kömək edən Ağ Dəbilqəlilər təşkilatının məlumatına görə, bu ərazilərdə 2100-dən çox şəxs həlak olub, 3000-ə yaxın suriyalı yaralanıb.
Ümumilikdə 3500-dən çox Suriya vətəndaşı zəlzələdə həlak olub, 5400-ə yaxını yaralı var.