Modern.az

Sunak Britaniyanın Aİ ilə əlaqələrini bərpa etmək istəyir 

Sunak Britaniyanın Aİ ilə əlaqələrini bərpa etmək istəyir 

Dünya

12 Fevral 2023, 00:40

Böyük Britaniyanın baş naziri Rişi Sunak ölkəsinin Avropa İttifaqı (Aİ) ilə əlaqələrini bərpa etmək üçün planlar hazırlamağı tapşırıb.

 

Modern.az xəbər verir ki, məlumatı "Bloomberg" agentliyi yayıb.

 

Rusiyanın Ukraynaya təcavüzünün nəticələrindən təsirlənən Böyük Britaniya bir sıra mövzularda Aİ ölkələri ilə sıx əməkdaşlıq haqqında təkliflər hazırlayır.

 

Əsas diqqət müdafiə, miqrasiya və iqtisadi idarəçilik, o cümlədən ticarət, enerji və beynəlxalq standartlar kimi məsələlərə yönəlib.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?