Modern.az

Pentaqon rəhbəri Ukraynanın müdafiə naziri ilə DANIŞDI

Pentaqon rəhbəri Ukraynanın müdafiə naziri ilə DANIŞDI

Dünya

12 Fevral 2023, 09:18

ABŞ-ın müdafiə naziri Lloyd Ostin və ukraynalı həmkarı Oleksiy Reznikov arasında telefon danışığı olub.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, tərəflər Ukraynanın müdafiəsi üzrə təmas qrupunun növbəti toplantısının gündəliyi ətrafında fikir mübadiləsi aparıblar.

 

Bildirilib ki, həmçinin hava hücumundan müdafiə sistemləri və artilleriya tədarükü məsələləri, cəbhədəki son durum da müzakirə edilib.

 

Qeyd edək ki, təmas qrupunun toplantısı gələn həftə Belçikanın paytaxtı Brüsseldə gerçəkləşdiriləcək.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər