Türkiyədə baş vermiş zəlzələdən sonra axtarış-xilasetmə tədbirləri davam edir.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, Hatayda 155 saatdan sonra əqli qüsurlu sakin - 23 yaşlı Hüseyn Səfəroğlu dağıntılar altından sağ çıxıb.
Bildirilib ki, ona ilkin müdaxilə həyata keçirilib və zəruri ehtiyacları ödənilib.
***
13:53
Türkiyədə baş vermiş zəlzələdən sonra axtarış-xilasetmə tədbirləri davam edir.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, Adıyamanda 152 saatdan sonra 8 yaşlı Hacı Ahmet Eyici dağıntılar altından sağ çıxıb.
Bildirilib ki, ona ilkin müdaxilə həyata keçirilib və zəruri ehtiyacları ödənilib.
***
10:17
Türkiyədə baş vermiş zəlzələdən sonra axtarış-xilasetmə tədbirləri davam edir.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, Hatayda 149 saatdan sonra 35 yaşlı Mustafa Sarıgül dağıntılar altından sağ çıxıb.
Bildirilib ki, ona ilkin müdaxilə həyata keçirilib və zəruri ehtiyacları ödənilib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 24 617 nəfər həyatını itirib.
Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan edilib.
Son məlumatlara görə, zəlzələ nəticəsində həlak olanların sayı 24 617 nəfərə çatıb.