Modern.az

Fransız deputat Zəngəzura gəldi - FOTOLAR

Fransız deputat Zəngəzura gəldi - FOTOLAR

Dünya

12 Fevral 2023, 11:37

Avropa Parlamentinin fransalı deputatı Fransua-Ksavye Bellami Ermənistana səfər edib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, Gorusa baş çəkib.

 

Bildirilib ki, deputat Syunik vilayətinin (Zəngəzur - red.) qubernatoru Robert Qukasyanla görüşüb.

 

Onlar Laçın dəhlizinə gedən yolda yerləşən keçid məntəqəsində olub. Həmçinin Gorusda yerli sakinlərlə görüş keçirildiyi qeyd olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?