Modern.az

Reznikov: Rusiya Odessanı işğal edə bilməz

Reznikov: Rusiya Odessanı işğal edə bilməz

Dünya

12 Fevral 2023, 11:46

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Odessa şəhərində mətbuat konfransı keçirib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, o, şəhərin işğal edilə bilməyəcəyini diqqətə çatdırıb.

 

"Odessanı işğal etmək imkanına sahib olmaq üçün Rusiya Federasiyasının başlanğıc olaraq Qara dənizdə üstünlüyə sahib olmağa ehtiyacı var. Bundan əlavə, "Harpoon" gəmi əleyhinə sistemləri işləyir, ona görə də dənizdən Odessaya yaxınlaşmaq üçün bir şans görmürəm", - deyə o bildirib.

 

Ukraynanın cənubundakı sol sahil ərazilərindən danışan Müdafiə Nazirliyinin rəhbəri əlavə edib ki, orada vəziyyət daha gərgindir, çünki düşmənin silah-sursatını artırmaq, texnika ilə təminat və qoşun yeritmək imkanı var.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər